RU

Arne Slotdan Aleksander İsak barədə açıqlama

“Liverpul”un baş məşqçisi Arne Slot komandanın hücumçusu Aleksander İsakla bağlı vəziyyətə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, niderlandlı mütəxəssis futbolçunun hələ tam potensialını göstərmədiyini qeyd edib.

“Təəssüf ki, həm onun, həm də bizim üçün ən yaxşı Aleksander İsakı hələ görməmişik. Bunu növbəti mövsüm görəcəyik”, - deyə Slot söyləyib.

Baş məşqçi eyni zamanda oyunçunun qayıdış vaxtı ilə bağlı konkret tarix vermək istəməyib:

“Buna vaxt çərçivəsi qoymayaq. Amma hər şey plan üzrə getsə, bu mövsüm onun bizim üçün əlçatan olacağı aydındır”.

Qeyd edək ki, İsakın son dönəmdə fiziki problemlər səbəbindən tam gücü ilə oynaya bilmədiyi bildirilir.

İdman.Biz
Избранный
68
1
idman.biz

2Источники