Misli Premyer Liqasında XXI turun təyinatları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, "Turan Tovuz" - "Zirə" oyunu Rəvan Həmzəzadəyə tapşırılıb.

Lider "Sabah"ın matçında isə Əliyar Ağayev fit çalacaq.

Qeyd edək ki, bu tur keçirilməli olan "Neftçi" - "Qarabağ" qarşılaşması təxirə salınıb.

Misli Premyer Liqası, XXI tur

20 fevral (cümə)

17:00. "Turan Tovuz" – "Zirə"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: İlham Əliyev.

"Azərsun Arena"

19:30. "Sumqayıt" – "Qəbələ"

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.

VAR: Cavid Cəlilov.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

21 fevral (şənbə)

14:30. "Karvan-Yevlax" – "Araz-Naxçıvan"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev.

VAR: Tural Qurbanov.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Yevlax şəhər stadionu

22 fevral (bazar)

14:30. "İmişli" – "Şamaxı"

Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli.

VAR: Rauf Cabarov.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Elman Musayev.

Quba Olimpiya İdman Kompleksinin stadionu

17:00. "Sabah" – "Kəpəz"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.

VAR: Əli Əliyev.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

"Bank Respublika Arena"