Ukrayna rəsmiləri bir neçə gün əvvəl İtaliyada baş tutacaq Qış Paralimpiya Oyunlarının açılış mərasiminin boykot ediləcəyinə dair anons vermişdi.
İdman.Biz xəbər verir ki, bu barədə Ukraynanın idman naziri Matvi Bidni və ölkənin xarici işlər naziri Andrey Sibiqa açıqlama vermişdi.
Belə ki, Ukrayna rəsmilərini Rusiya və Belarus paralimpiyaçılarının öz ölkələrinin bayraqları və himnləri ilə yarışlara buraxılması qərarı qəzəbləndirib.
A.Sibiqa bildirib ki, Ukrayna səfirlərinə olduqları ölkələrin rəsmi şəxslərini də Paralimpiadanın açılış mərasiminə qatılmamağa inandırmaq tapşırığı verib.
Artıq bir neçə Ukrayna KİV-i Ukraynanın və bəzi Avropa rəsmilərinin Paralimpiadanın aşlısını qismən boykot elan etdiyini yazıb.
İddia olunur ki, Ukraynalı idman rəsmiləri, eləcə də bəzi avropalı həmkarları 6–15 mart tarixlərində Milan və Kortinada keçiriləcək Paralimpiya Oyunlarına qismən boykot elan ediblər. Qərar “International Paralympic Committe”nin Belarus və Rusiya idmançıları ilə bağlı mövqeyi ilə əlaqədardır.
Məsələ ondadır ki, ötən ilin sentyabrında IPC Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra Belarus və Rusiya idmançılarına tətbiq edilən dövlət rəmzlərindən (bayraq və himn) istifadə qadağasını ləğv edib.