RU

Lipetskdə zavodun damı ÇÖKDÜ: 15 nəfər dağıntılar altında qalıb – FOTO

Rusiyada elektromobil zavodunun damı uçub: Dağıntılar altında qalanlar var

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın Lipetsk vilayətində “Evolute” markalı elektromobillərin istehsal olunduğu “Motorinvest” zavodunda bədbəxt hadisə baş verib. Müəssisənin damı qəfildən çöküb. Hadisənin baş verməsinə ilkin səbəb kimi güclü qar yağışı və damda toplanan qar kütləsi göstərilir.

Lipetsk vilayətinin qubernatoru İqor Artamonovun bildirdiyinə görə, dağıntılar altından artıq 6 nəfər çıxarılıb. Onlar hazırda tibbi müayinədən keçirlər və vəziyyətləri dəqiqləşdirilir. Bundan əlavə, dağıntılar altında qalan daha iki nəfər telefon vasitəsilə xilasedicilərlə əlaqə saxlaya bilib. Xilasetmə qrupları hazırda onlara çatmağa çalışır.

İlkin məlumatlara görə, dağıntılar altında daha 15 işçinin ola biləcəyi ehtimal edilir. Rusiya Fövqəladə Hallar Nazirliyindən (MÇS) verilən məlumata görə, damın uçan hissəsinin ümumi sahəsi 5 000 kvadratmetr təşkil edir. Hazırda hadisə yerində xüsusi texnika və genişmiqyaslı xilasetmə qüvvələri işləyir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
61
interpress.az

1Источники