Rusiyanın sanksiyaların aradan qaldırılması üçün ABŞ-a 12 trilyon dollarlıq layihələr təklif etdiyi iddia edilən xəbər feykdir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib.
O, "The Economist" jurnalının xəbərini saxta adlandırıb.
Dmitriyev qeyd edib ki, "sanksiyaların ləğvi nəticə etibarilə ABŞ-ın özünün maraqları ilə diktə ediləcək. Onun sözlərinə görə, Amerika şirkətləri Rusiya bazarını tərk etməklə artıq 300 milyard dollardan çox itiriblər.