RU

Avropa Komissiyası SOCAR-ın “Italiana Petroli”nin səhmlərini almasını təsdiqləyib

Bakı. Trend:

Avropa Komissiyası Azərbaycanın Dövlət Neft Şirkətinin – SOCAR-ınİtaliyanın “Italiana Petroli S.p.A.” və “MIP S.p.A.” (birlikdə“Italiana Petroli”) şirkətləri üzərində tam nəzarəti əldə etməsinitəsdiqləyib.

Trend-in AvropaKomissiyasına istinadən məlumatına görə, qərar Avropa İttifaqının(Aİ) Birləşmələr haqqında Qaydasına uyğun olaraq qəbul edilib.

Bildirilib ki, SOCAR “Italiana Petroli”nin 99,82 faiz səhmini “APIHolding”dən alır. Sövdələşmə əsasən xam neft və neft məhsullarınıntədarükü sahəsini əhatə edir.

Avropa Komissiyası aparılan araşdırmanın nəticəsi olaraq qeyd edibki, bu əməliyyat rəqabət mühitinə mənfi təsir göstərməyəcək.Şirkətlərin bazardakı mövqelərinin məhdud olması nəzərə alınaraq,sövdələşmə sadələşdirilmiş birləşmə araşdırması proseduruçərçivəsində qiymətləndirilib.

Qərarla SOCAR-ın İtaliya bazarındakı mövqeyi daha da güclənmişolur.

Xəbər yenilənəcək

Məqalədə:
Избранный
75
az.trend.az

1Источники