RU

Ucarda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb

Yazını böyüt
Yazını kiçilt

Fevralın 19-da saat 13:40 radələrində Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi magistralının Ucar rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər (4 qadın, 2 kişi) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Hafta.az xəbər verir ki, bu barədə Ucar Rayon Mərkəzi Xəstəxanasının məlumatında bildirilir.

Məlumata görə, xəsarət alanlara bədənin müxtəlif hissələrinin əzilmiş, cızılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

"Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir”, - deyə qeyd olunub.

Избранный
43
1
hafta.az

2Источники