RU

Millimiz darmadağınla başladı

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində bu gün ilk oyuna çıxıb.

Msport.az xəbər verir ki, B qrupunda yer alan millimiz Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən görüş rəqibin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 58-ci dəqiqədə penaltidən Nicat Kərimov vurub.

Qeyd edək ki, U-18 turnir çərçivəsində növbəti oyununu fevralın 20-də Özbəkistan yığmasına qarşı keçirəcək.

Избранный
104
3
msport.az

4Источники