Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Rəsul Ağayev dəfn edilib. 1news.az-ın "Report"a istinadən məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Nərimankənd kənd qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, R.Ağayev 1968-ci il avqustun 25-də Sabirabadın Nərimankənd kəndində anadan olub. 1993-cü il iyulun 12-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb. R.Ağayev doğulduğu kənddə dəfn ediləcək.