RU

"Bir kliklə borca düşə bilərsiniz" - Ekspertdən "sərfəli kredit" adı altında dələduzluqdan XƏBƏRDARLIQ

Son dövrlərdə “sərfəli kredit” adı ilə təqdim olunan təkliflər sosial şəbəkələrdə və reklam platformalarında geniş yayılıb. Bir çox vətəndaş qısa müddətdə yüksək məbləğdə kredit almaq fürsətini qaçırmamaq üçün bu tip elanlara diqqətlə yanaşır. Lakin bu cür təkliflərin real olub-olmaması hər zaman aydın olmur və çox vaxt gizli ödənişlər, yüksək faizlər və ya qanunsuz tələblər ola bilər.

Bəs vətəndaşlar bu təkliflərin həqiqətən sərfəli olub-olmadığını necə ayırd edə bilər?
Bu barədə İT mütəxəssisi Natiq Məmişov Patrul.az-a açıqlamasında bildirib ki, ödəniş və şəxsi məlumat tələb edən qeyri rəsmi kanallar vasitəsilə saxta kredit təklifləri təhlükəlidir:
Ümumiyyətlə, burada bir neçə məsələ var. İlk olaraq ödəniş tələb olunur: komissiya, sığorta, zaminlik adı ilə əvvəlcədən pul istəyirlər. Halbuki komissiya faiz olsa belə, bu məbləğ sonradan ödənilməlidir. Kart PIN-i, kredit üçün təsdiq CVV kodu və ya SMS-lə gələn kodun sənədsiz, vəsiqəsiz istənilməsi də şübhəlidir. Bunlar əsasən qeyri-rəsmi kanallar,ya WhatsApp, ya da Telegram üzərindən yaradılmış saxta menecer profilləri vasitəsilə edilir. Müqavilədə isə tam şərtlər heç vaxt göstərilmir; faiz, komissiya, cərimə, müddət və ümumi geri ödəniləcək məbləğ açıq və dəqiq şəkildə yazılmır”.
media-inshot_20260218_175225767
Mütəxəssis qeyd edir ki, kredit və maliyyə məlumatları yalnız rəsmi bank və NBKİ kanalları vasitəsilə yoxlanmalı və paylaşılmalıdır:
“Mütləq lisenziyanı reyestr üzərindən yoxlamaq lazımdır. Məlumat axtarışı aparmaq vacibdir məsələn, Mərkəzi Bankın saytında və ya rəsmi materiallarında həmin maliyyə məhsulunun olub-olmadığını araşdırmaq lazımdır. Şəxsi məlumatları heç vaxt vermək olmaz; CVV, OTP və digər kodlar heç vaxt tələb olunmamalıdır. Linkləri yoxlamaq vacibdir məsələn, “https” protokolu və təhlükəsizlik sertifikatının olub-olmamasına diqqət yetirilməlidir. Şərtləri mütləq yazılı şəkildə almaq və müqayisə etmək lazımdır.
1. Kredit müraciəti mümkün qədər bankın və ya NBKİ-nin rəsmi tətbiqi və ya filialı üzərindən edilməlidir.
2. Telefon və tətbiqlərdə iki faktorlu autentifikasiya (2FA) aktiv edilməli, bank tətbiqində təhlükəsizlik bildirişləri açıq saxlanılmalıdır.
3. “Tələsdirən” təkliflərlə qarşılaşdıqda ən azı 10 dəqiqə pauza verin – yaxınlarınızla məsləhətləşin və qurumun rəsmi nömrəsinə zəng edərək məlumatı dəqiqləşdirin.
4. Bankların təhlükəsizliklə bağlı rəsmi tövsiyələrini mütəmadi olaraq izləmək lazımdır”.
Избранный
16
yenilik.az

1Источники