RU

Prezident İlham Əliyevin Vaşinqton səfəri Azərbaycanın geosiyasi mövqeyini gücləndirir - Deputat

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına işgüzar səfər edib.

QHT.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, artıq 26 dövlət Şuraya qoşulub, daha 6 ölkə isə iştirakını bəyan edib. Avropa İttifaqının 5 ölkəsi, o cümlədən İtaliya, həmçinin Meksika ilk iclasa qatılacaq. ABŞ Prezidentinin iclasda Qəzzanın bərpası üçün üzv dövlətlər tərəfindən 5 milyard dollar ianə ayrılacağını açıqlayacağı gözlənilir. BMT-nin qiymətləndirməsinə görə isə Fələstinin tam bərpası üçün 70 milyard dollar tələb olunur:

"Azərbaycanın çoxvektorlu xarici siyasəti ölkənin Qərb və Şərqlə tərəfdaşlığını gücləndirib, regional təhlükəsizlikdə rolunu artırıb. ABŞ ilə münasibətlər də son dövrdə inkişaf edir. Azərbaycan Yaxın Şərqdə sülh və sabitliyin təmin olunmasında maraqlı tərəf kimi region ölkələri ilə əməkdaşlığını genişləndirməkdə davam edir".

Избранный
17
qht.az

1Источники