RU

"Budyo-Qlimt"in baş məşqçisi "İnter" üzərində qələbədən sonra nə danışdı?

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində dünən öz meydanında "İnter" üzərində inamlı qələbə qazanan (3:1) "Budyo-Qlimt"in baş məşqçisi Xyetil Knutsen qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Football Italia" belə çatdırıb:

"Bizi ikinci oyun gözləyir. İtaliyadakı oyunda yalnız əks-hücumlara bel bağlamayacağıq. İrəli getmək lazım gələcək. Yalnız kompakt müdafiə ilə kifayətlənmək niyyətində deyilik. Asan olmayacağı dəqiqdir.".

Qeyd edək ki, tərəflərin cavab qarşılaşması fevralın 24-də baş tutacaq.

Nihat

Избранный
41
1
fanat.az

2Источники