Qazaxıstan ümumi daxili məhsulun (ÜDM) həcmi üzrə dünyanın ən böyük 50 iqtisadiyyatının siyahısına daxil olub.
Hafta.az yazır ki, bu barədə “The Economist” məlumat yayıb.
BVF-nin hesablamalarına görə, ölkənin 2026-cı ildə nominal ÜDM-i təxminən 320 milyard dollar olacaq. Qazaxıstan dünyanın ən böyük 50 iqtisadiyyatında təmsil olunan yeganə Orta Asiya ölkəsi olaraq qalır.
Dərc olunmuş infoqrafikada Qazaxıstan Peru, Portuqaliya və Finlandiya kimi ölkələrlə yanaşı orta ölçülü iqtisadiyyatlar arasında yer alır.
Təxminən 31,8 trilyon dollarlıq ÜDM-ə malik ABŞ və 20,6 trilyon dollarlıq Çin dünyanın ən böyük iqtisadiyyatları olaraq qalır. Onları Almaniya, Hindistan, Yaponiya və Birləşmiş Krallıq izləyir.
BVF 2026-cı ildə ümumi qlobal iqtisadiyyatın 123,6 trilyon dollara çatacağını proqnozlaşdırır. Əvvəllər bildirildiyi kimi, Qazaxıstan orta illik real ÜDM artım tempi 5,6 faiz olan ilk beş ölkəyə daxil olub.