RU

Bu gecə bəzi yerlərdə yağış və qar yağacaq, yağıntılar sabah səhər tədricən kəsiləcək VİDEO

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycanda fevralın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Fevralın 19-dan 20-nə keçən gecə isə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 4-7, gündüz 12-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-7, gündüz 15-19, dağlarda gecə 2-6, gündüz 6-11 dərəcə isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı proqnozlaşdırılır.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Arabir duman müşahidə ediləcək. Qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı bildirilir.

Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə isti, dağlıq ərazilərdə 2 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Səhər qərb rayonlardan başlayaraq yağıntılar tədricən kəsiləcək. Arabir duman müşahidə ediləcək. Qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, sulu qara keçəcəyi ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-7, gündüz 15-19 dərəcə isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şimal-şərq küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-7, gündüz 14-18, dağlarda gecə 2-4, gündüz 7-12 dərəcə isti olacaq.

Избранный
66
49
azertag.az

10Источники