RU

"Neftçi"nin sabiq futbolçusu Özbəkistan klubunda - RƏSMİ

"Neftçi"nin sabiq futbolçusu Aleks Fernandesin yeni komandası bəlli olub.

"Football-plus.az" xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını Özbəkistanda davam etdirəcək.

Müqavilə ilə Rusiyanın "Baltika" klubuna məxsus olan futbolçu icarə əsasında "Navbahor"a keçib. O, bu ilin dekabr ayına qədər yeni komandasında oynayacaq. Məlumatı "Baltika"nın mətbuat xidməti yayıb.

2024/25 mövsümündə "Neftçi"də çıxış etmiş 23 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində 16 oyuna 1 qol vurub.

Избранный
21
3
football-plus.az

5Источники