RU

Keçmiş prezidentə tarixdə görünməmiş cəza verildi: Ölkə çalxalanır

Keçmiş prezident Yun Sok Yol Cənubi Koreya məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qərar məhkəmə iclasının canlı yayımı zamanı elan olunub.

Qeyd edək ki, sabiq dövlət başçısı 2024-cü ilin dekabrında ölkədə fövqəladə hərbi vəziyyət elan edilməsi ilə bağlı qiyama rəhbərlik etməkdə ittiham olunurdu. İttihama görə, o, keçmiş müdafiə naziri və digər yüksək vəzifəli şəxslərlə əlbir olaraq iğtişaşların təşkili və Konstitusiyanın pozulması məqsədi daşıyan addımlar atıb.

Xatırladaq ki, ölkənin prokurorluğu sabiq prezident üçün ölüm hökmü tələb edib, lakin məhkəmə onu ömürlük azadlıqdan məhrum edib.

Qərar ölkədə geniş rezonans doğurub.

Избранный
18
1
publika.az

2Источники