RU

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Cəlilabadda dəfn edildi – FOTO

Birinci Qarabağ müharibəsində 1992-ci ildə Ağdərə istiqamətində itkin düşmüş Mahir Abuzər oğlu Quliyevin nəşinin qalıqları Cəlilabad rayonunda torpağa tapşırılıb.

NOCOMMENT.az xəbər verir ki, vida və dəfn mərasimlərində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid yaylım atəşi altında dəfn olunub, Dövlət Himni səsləndirilib və Azərbaycan Bayrağı ailəsinə təqdim edilib.

Избранный
45
2
nocomment.az

10Источники