RU

Abbas Abbasov: Rəqəmsal müstəviyə keçidlə dünya ictimaiyyətini kolonializmin fəsadları barədə məlumatlandırmağa çalışırıq

Abbas
“Rəqəmsal platformalar ölkələr və təşkilatlar arasında sıx və sağlam əməkdaşlığın qurulmasında mühüm rol oynayır”. 1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.
O bildirib ki, belə elmi platformalar tədqiqatçılar, elm xadimləri və ekspertlər tərəfindən mötəbər mənbə kimi geniş istifadə olunur və burada yeni əməkdaşlıqlar formalaşır: “Virtual platformamız həm elm xadimləri, həm BMT ekspertləri, həm də dekolonizasiya prosesində iştirak edən digər maraqlı tərəflər üçün rəqəmsal məlumat bazası xarakteri daşıyacaq. Düşünürəm ki, bu, gələcəkdə ölkələr və təşkilatlar arasında sıx əməkdaşlığın qurulmasına böyük töhfə verəcək. Eyni zamanda, dekolonizasiya prosesinə də elmi müstəvidə ciddi dəstək olacaq”. A.Abbasov vurğulayıb ki, təsir və təzyiqlər davam edir: “Təzyiqlər təkcə bizim təşkilata deyil, milli və müstəqillik hərəkatlarına qarşı da davam edir. Buna baxmayaraq, biz çoxşaxəli fəaliyyətimizi davam etdiririk. Artıq yalnız hesabatlar və kitablar dərc etməklə kifayətlənmirik, rəqəmsal müstəviyə keçid edərək dünya ictimaiyyətini kolonializmin fəsadları barədə düzgün məlumatlandırmağa çalışırıq”. İcraçı direktor qeyd edib ki, kolonial və neokolonial siyasətlər qlobal bərabərsizliyi dərinləşdirir və ölkələr arasında əməkdaşlığa mane olur: “Son illər bəzi ölkələrin assimilyasiya siyasəti apardığını görürük. Bir ölkə digər ölkədə öz siyasi maraqlarını həyata keçirir, dilini, dinini və adət-ənənəsini tətbiq etməyə çalışır və bunu guya inkişafyönümlü töhfə kimi təqdim edir. Halbuki bu, assimilyasiya siyasətinin bir hissəsidir və qlobal miqyasda sağlam əməkdaşlığa ciddi maneələr yaradır”. A.Abbasov əlavə edib ki, qurum fəaliyyətə başladığı ilk aylardan etibarən müxtəlif ölkələrdən təzyiqlərlə üzləşib: “Təqribən üç ilə yaxındır fəaliyyət göstəririk. İlk aylardan etibarən Fransa, Belçika və digər ölkələrdən təzyiqlər olub. Lakin biz fəaliyyətimizi yalnız siyasi müstəvidə və ya BMT platforması ilə məhdudlaşdırmamışıq. Fərqli beynəlxalq platformalarda, iqtisadi və elmi müstəvidə tədbirlər və layihələr həyata keçirmişik və bu fəaliyyət bundan sonra da davam edəcək”.
Избранный
26
1
1news.az

2Источники