RU

Sabiq Neftçi li Özbəkistan klubunda

Qol.az saytına istinadən ain.az xəbər verir.

Sabiq "Neftçi"li Özbəkistan klubunda

"Neftçi"nin sabiq futbolçusu Aleks Fernandesin yeni komandası bəlli olub.

QOL.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını Özbəkistanda davam etdirəcək.

Müqavilə ilə Rusiyanın "Baltika" klubuna məxsus olan futbolçu icarə əsasında "Navbahor"a keçib. O, bu ilin dekabr ayına qədər yeni komandasında oynayacaq. Məlumatı "Baltika"nın mətbuat xidməti yayıb.

Qeyd edək ki, 2024-2025 mövsümündə "Neftçi"də çıxış etmiş 23 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində 16 oyuna 1 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
3
qol.az

5Источники