RU

Ukrayna müharibəsi: Fransız SAR radarları Ukrayna dronlarına quraşdırılacaq

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Paris, 19 fevral, AZƏRTAC

Ukrayna Avropa müttəfiqlərinin hərbi dəstəyi ilə texnoloji imkanlarını genişləndirməyə davam edir. Fransanın müdafiə sahəsində ixtisaslaşmış “Unikorn” şirkəti “Harmattan AI” Ukrayna dronlarını özünün SAR (Sintezləşdirilmiş Açılışlı Radar) kəşfiyyat sistemləri ilə təchiz edəcək.

AZƏRTAC xəbər verir ki, məlumata görə, bu radarlar istənilən hava şəraitində, eləcə də buludlu və dumanlı havada belə yüksəkdəqiqlikli görüntülər təqdim edə bilir. Şirkətin baş direktoru Mouad M’Ghari “Le Grand Continent” nəşrinə müsahibəsində bildirib ki, sistem “Ukrayna platformalarına inteqrasiya olunacaq və ölkə ərazisində yerləşdiriləcək”.

SAR radarları mikrodalğa şüalanması vasitəsilə Yer səthinin detallı təsvirlərini yaradır. Onlar 150 kiloqramdan az çəkisi olan dronlara quraşdırıla bilir və gecə-gündüz, yağış, qar və külək şəraitində işləmək qabiliyyətinə malikdir. Bildirilir ki, bu texnologiya Ukraynanın kəşfiyyat və hədəf aşkarlama imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
89
azertag.az

1Источники