RU

"Kurtlar vadisi"nin aktyoru Xumar Qədimovadan danışdı: "Qiymətli əsər ortaya çıxartdı"

"Kurtlar vadisi"nin aktyoru Savaş Özdemir bir neçə gün əvvəl Əməkdar artist Xumar Qədimovanın təqdim etdiyi mahnı və klipdən danışıb.

BAKU.WS xəbər verir ki, o açıqlaması zamanı mahnını çox bəyəndiyini və qəsa müddətdə qazandığı uğurdan danışıb:

"Mahnının qısa müddətdə uğur qazanması möhtəşəm xəbərdir. Xumar xanıma da buradan salamlar olsun. Çox qiymətli əsər ortaya çıxartdı. Oğlu Uğura da salam olsun. Onun tanış olmağıma şad oldum. Musiqi pillələrdinə zirvəyə yüksəlməsi məni xoşbəxt edi".

Ətraflı videoda:

Qeyd edək ki, Əməkdar artist Xumar Qədimova "Gəl, şəklini çəkim dünya" adlı mahnıya klip çəkdirib. Lirik mahnı ekran işi rejissor Natiq Novruza həvalə edilib. Klipdə Xumarın tərəf müqabili "Kurtlar Vadisi" və "Eşkiya dünyaya hükümdar olmaz" seriallarından tamaşaçılara tanış olan məşhur türkiyəli aktyor Savaş Özdemir olub. Çəkilişlər Qubada aparılıb.

Избранный
40
far.az

1Источники