RU

WUF13-də iştirak etmək üçün indiyədək 166 ölkədən 13 min nəfər qeydiyyatdan keçib

İndiyə qədər Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasında iştirak etmək üçün 166 ölkədən 13 min nəfər qeydiyyatdan keçib.

APA xəbər verir ki, bu barədə WUF13-a həsr olunmuş onlayn regional media brifinqində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Kommunikasiya şöbəsinin rəhbəri Katerina Bezqaçina bildirib.

Brifinq zamanı Asiya–Sakit Okean regionunun şəhərlərində transformasiya prosesləri müzakirə olunub və WUF13-ün əsas mövzusu ilə bağlı məlumat verilib. Eyni zamanda, tədbirin media ilə əməkdaşlıq və işıqlandırma imkanları təqdim edilib.

UN-Habitat-ın icraçı direktoru Anaclaudia Rossbaç forumun bu region üçün strateji əhəmiyyətini vurğulayıb. O, Asiya–Sakit Okean regionunun dünyada ən dinamik və kompleks şəhərsalma dəyişikliklərindən bəhs edərək, bu ərazidəki sürətlə inkişaf edən şəhərlər, böyük qeyri-rəsmi məskunlaşma sahələri, artan iqlim dəyişikliyi təhdidləri və infrastruktur boşluqlarının qarşısında dayanan çağırışları qeyd edib: “Bununla yanaşı, bu region həm də qlobal innovasiya, rəqəmsal transformasiya və miqyaslana bilən şəhər həlləri üçün bir mərkəzdir. Brifinqin məqsədi Asiya-Sakit Okean regionunun nümayəndələri üçün WUF13-ün bir strateji fürsət olduğunu, burada həllərin paylaşılacağını, tərəfdaşlıqların möhkəmləndiriləcəyini və qlobal şəhərsalma gündəliklərinə töhfə veriləcəyini göstərmək idi. Bu brifinq, həmçinin media ilə erkən əlaqələrin gücləndirilməsi və WUF13 barədə müntəzəm məlumatların yayılması məqsədini daşıyır”.

Избранный
40
1
apa.az

2Источники