RU

“Yaxın aylarda İrana qarşı hücum olmayacaq”

“Yaxın

“Hazırda İrana zərbələrlə bağlı ABŞ-də yekun fikir yoxdur. Belə düşünürəm ki, Tramp bu məsələni müəyyən qədər kənara çəkməyə çalışır və İrana zərbə endirilməsi prosesini yubatmaq istəyir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

O əlavə edib ki, burada əsas məqsəd zərbələrin endirilməsi deyil, mümkün danışıqlar prosesi ilə məsələni uzatmağa çalışır: “Çünki son zamanlar İran tərəfindən bu məsələlərlə bağlı pozitiv açıqlamalar verilir. Məsələn, İran Prezidenti Məsud Pezeşkian da ABŞ ilə danışıqlara hazır olduğunu bildirmişdi, eyni zamanda, xarici işlər nazirlərindən də müəyyən pozitiv açıqlamalar var. Bütün bunların fonunda görünür ki, ABŞ tərəfi İrana şans vermək istəyir. Ancaq təbii ki, İsrail bu məsələlərdə çox reaksiya göstərir və İrana qarşı hücumların konkret olaraq aktivləşdirilməsini tələb edir. Bu da özlüyündə imkan vermir ki, məhz bu hücumlar həyata keçirilsin. Yəni İsrailin ABŞ-ni İrana qarşı hücumlara təhrik etməsi prosesi sürətləndirə bilər. Ancaq yenə də yekun qərar Tramp administrasiyası tərəfindən veriləcək”.

Z.Əmrəliyev düşünür ki, hələ ki, yaxın aylarda İrana qarşı hansısa bir hücum olmayacaq: “Ola bilər ki, yay ayında start götürsün. Çünki biz əsasən yayda bu cür hücumların şahidi oluruq. Yenə də bir neçə günlük əməliyyatdan söhbət gedə bilər. Artıq İran tərəfi bununla bağlı hazırlıq görüb. Hətta kim öldürülərsə, onun yerinə varis belə indidən təyin edilib ki, həm dövlət idarəçiliyində, həm hərbi komandanlıqda boşluq olmasın. Ehtimal ki, əgər danışıqlar uğurlu olmasa, biz yaya doğru İrana qarşı yeni hücumların şahidi olacağıq. Amma yaxın aylarda inanmıram ki, İrana hansısa bir hücum olsun”.

Röya İsrafilova

Избранный
16
xalqcebhesi.az

1Источники