RU

Ötən ay pensiya ödənişlərinə 612 milyon manat vəsait yönəldilib

Bu ilin yanvar ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz (52 milyon manat) çox olmaqla 612 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb və artımdan sonra orta aylıq pensiya 593 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 632 manata çatıb.

Ötən ay 4 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 183 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Избранный
40
14
vergiler.az

10Источники