RU

BTQ bu əməkdaşlıqda əhəmiyyətli nəticələr əldə edəcək Abbas Abbasov

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Təşəbbüs Qrupu (BTQ) müstəqillik hərəkatları ilə əməkdaşlıqda dekolonizasiya məsələlərində beynəlxalq səviyyədə əhəmiyyətli nəticələr əldə edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə BTQ-in icraçı direktoru Abbas Abbasov Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, BTQ artıq əhəmiyyətli nəticələr əldə edib və bunlar iki əsas amil sayəsində mümkün olub.

“Birincisi, yerli əhalinin səfərbərliyə cəlb edilməsi, müstəmləkə siyasəti haqqında məlumatlılığın artırılması və ictimai rəy liderlərinin və ziyalıların iştirakı ilə milli kimliyin möhkəmləndirilməsi istiqamətində fəal iş aparılıb. İkincisi, qlobal diqqətin cəlb edilməsi və xarici dəstəyin genişləndirilməsi üçün siyasi və zorakılıqsız strategiyalar, eləcə də beynəlxalq diplomatiya alətləri istifadə edilib”, – BTQ-in icraçı direktoru bildirib.

A.Abbasov, həmçinin qeyri-hökumət təşkilatlarının antimüstəmləkə hərəkatlarının dəstəklənməsindəki rolunu vurğulayıb. Onun sözlərinə görə, son iki il ərzində BTQ dekolonizasiyanın qlobal gündəliyinin irəlilədilməsinə kömək edən platformalardan birinə çevrilib.

“Son üç ildə biz 35 beynəlxalq konfrans və digər tədbirlər təşkil edib, təqribən 150 araşdırma aparılıb. 40-dan çox hesabat və müsahibə dərc edilib. BMT strukturlarına alternativ hesabatlar və bəyanatlar verilib, bir gün əvvəl isə dekolonizasiya üzrə onlayn-muzey açmışıq”, – o qeyd edib.

İcraçı direktor əminliyini ifadə edib ki, birgə səylər gələcəkdə də dekolonizasiya proseslərini irəlilətməyə və beynəlxalq səviyyədə praktiki dəyişikliklərə nail olmağa imkan verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
globalinfo.az

1Источники