RU

Cəlilabadda I Qarabağ müharibəsinin itkin-şəhidi Mahir Quliyevlə vida mərasimi keçirilib

Cəlilabadda
Cəlilabad şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mahir Abuzər oğlu Quliyevlə vida mərasimi keçirilib. 1news.az "Report"a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Cəlilabad rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Mahir Abuzər oğlu Quliyev 1958-ci il oktyabrın 31-də Cəlilabad şəhərində anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

M.Quliyev Cəlilabad şəhər qəbiristanlığında dəfn ediləcək.

Избранный
50
6
1news.az

10Источники