RU

Prospektdə qalan maşından kişi meyiti tapıldı

Prospektdə qalan maşından kişi meyiti tapıldı

Bakıda avtomobildən gənc oğlanın meyiti tapılıb.

Hadisə Heydər Əliyev prospektinin Sabunçu rayonundan keçən hissəsində baş verib. Yolun hərəkət hissəsində qalan “Chevrolet” markalı avtomobil polis əməkdaşlarının diqqətini cəlb edib.

Avtomobilə baxış keçirilərkən sürücünün hərəkətsiz vəziyyətdə olduğu müəyyənləşib. Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həmin şəxsin öldüyü məlum olub.

Aparılan araşdırmalarla sükan arxasında ölən sürücünün paytaxt sakini 1999-cu il təvəllüdlü Maarif Hümbətov olması bəlli olub. Hazırda gənc sürücünün qəfil ölümünün dəqiq səbəbi araşdırılır. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda təhqiqat davam etdirilir.

Избранный
61
5
afn.az

7Источники