RU

Məktəbin qarşısındakı biabırçı hadisənin təfərrüatı bilindi

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Quba rayonunda 1994-cü il təvəllüdlü Məhəmməd keçmiş həyat yoldaşı Ləmana (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 23-də rayonun kəndlərindən birində baş verib. Məhəmməd həmin gün saat 16 radələrində kənddə yerləşən ictimai yer hesab edilən orta məktəbin qarşısında  Ləman ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı digər vətəndaşlara məhəl qoymayaraq onların qorxu və narahatlığına səbəb olub ictimai qaydanı kobud surətdə pozub. Mübahisə zamanı Ləmanın bədən nahiyyələrinə bir neçə dəfə yumruqla zərbələr endirib, onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olub. Məhəmmədin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Məhəmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Ləman onun keçmiş arvadıdır, onlar bir müddət əvvəl rəsmi qaydada boşanıblar: “Mayın 23-də, saat 15 radələrində kənd orta məktəbində gözətçi işləyən atamın yanına getdim. Atama sözümü deyərək getmək istəyən zaman keçmiş həyat yoldaşım Ləman məktəbin həyətinə daxil oldu, ünvanıma nalayiq söyüşlə söyüb təhqir etdi. Əsəbləşərək Ləmanın üstünə getmək istədim. Amma Ləmanın atası mənə yaxınlaşdı, məni itələdi. Mən də yerə yıxıldım. Sonra ayağa qalxaraq oradan uzaqlaşdım”.Zərərçəkmiş Ləmanın sözlərinə görə, boşanmalarına baxmayaraq keçmiş əri Məhəmməd daim onu narahat edib: “Mayın 23-də, təxminən saat 15 radələrində Məhəmməd zəng edərək “mən məktəbə gedim, uşaqları öldürəcəm" dedi. Spirtli içkinin təsiri altında olduğunu hiss etdim və uşaqların müəllimi Səmayəyə zəng etdim və “müəllimə Məhəmməd birdən gəlib, uşaqları götürmək istəsə, uşaqları ona vermə" dedim. Sonra evdən çıxaraq məktəbə getdim. Atama da zəng edərək bu barədə bildirdim. Məktəbin həyətinə girərək uşağı götürmək istəyən zaman Məhəmməd arxadan gəldi və mənim bədənimin müxtəlif nahiyyələrindən yumruqla vurdu. Mən aldığım zərbənin təsirindən yerə yıxıldım. Bu zaman atam gələrək Məhəmmədi kənara itələdi. Lakin Məhəmməd yenidən qalxaraq ünvanıma nalayiq ifadələr işlətdi, hücum edərək təpiklə yenidən ayaq nahiyyəmdən vurdu. Ətrafa toplaşmış insanlar bizi ayırdıqdan sonra atam ilə birlikdə uşaqları götürərək yaşadığım evə getdik”.Quba Rayon Məhkəməsinin hökmü ilə Məhəmməd 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Quba rayonu inzibati ərazi hüdudlarını tərk etməsi, həmçinin bu müddətdə hər gün yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:00-dək tərk etməsi qadağan olunub. Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb. Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
45
demokrat.az

1Источники