RU

İdarə Heyətinin sədri: Sahibkarlara şəhadətnamələrin verilməsi ilə bağlı fəaliyyət daha da genişlənəcək

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 19 fevral, Günel Türksoy, foto Səfiyar Məcnun, AZƏRTAC

Hesab edirəm ki, daha çox təşkilat startap layihələrinə dəstək olmalıdır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) startap ekosisteminin mühüm iştirakçılarından birinə çevrilib. Startapçıların aşkarlanması və xidmət göstərilməsi haqqında bir sıra işlər həyata keçirmişik. Ən mühüm dəstəyimiz 2021-ci ildən etibarən startap şəhadətnaməsinin təqdim edilməsidir. Bu şəhadətnamə 3 il müddətinə sahibkarı gəlir vergisindən azad edir. Həm də yerli və xarici investorların bu şəhadətnaməyə marağını artırır. Bu günə qədər 300 sahibkarlıq subyektinə startap şəhadətnaməsi təqdim edilib.

AZƏRTAC xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov "ASAN xidmət”in “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində təşkil olunan IV "TUSİ" inkubasiya proqramının “Demo Day” tədbirində çıxış edərkən deyib.

Onun sözlərinə görə, sahibkarlara şəhadətnamələrin verilməsi ilə bağlı fəaliyyət daha da genişlənəcək. Çünki daha çox startapçılar bu şəhadətnaməni almaq üçün müraciət edirlər: "Eyni zamanda, KOB inkişaf mərkəzlərimiz startapçıların xidmətindədir. Biz orada təlim və məsləhət xidmətlərini həyata keçiririk. Hansısa startapçıya biznes plan hazırlanma mərhələsində də dəstək göstəririk",- deyə İdarə Heyətinin sədri qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
1
azertag.az

2Источники