RU

Məşhur milyarder Los-Anceles MƏHKƏMƏSİNDƏ – İlk ifadə prosesi BAŞLADI – VİDEO

Mark Zukerberq “Instagram” işi ilə bağlı Los-Ancelesdə məhkəmə qarşısına çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

“Meta” korporasiyasının rəhbəri Mark Zukerberq “Instagram” sosial şəbəkəsinin gənc istifadəçilərin psixi sağlamlığına göstərdiyi mənfi təsirlərlə bağlı açılan məhkəmə işi çərçivəsində ifadə vermək üçün Los-Ancelesə gəlib.

Bu, sözügedən səs-küylü iddia üzrə milyarderin ilk rəsmi ifadəsidir.

Məhkəmə prosesində “Instagram”ın alqoritmlərinin yeniyetmələrdə asılılıq yaratması, onların psixoloji vəziyyətinə və özünəinam hissinə vurduğu zərərlər araşdırılır.

İddiaçılar şirkəti gənclərin sağlamlığını riskə atmaqda ittiham edirlər.

Zukerberqin ifadələri şirkətin bu risklərdən əvvəlcədən nə dərəcədə xəbərdar olduğunu və platformanın təhlükəsizliyi üçün hansı real addımların atıldığını aydınlaşdırmalıdır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
13
interpress.az

1Источники