RU

Zirəddin Ermitajda nələr tapdı? Azərbaycanın daha bir sirri FOTOLAR

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Rusiyanın Sankt-Peterburq şəhərində qonaq olarkən dostlarımla Ermitaj muzeyinə getdik. Eksponatların sərgiləndiyi otaqlardan birinə daxil olanda çox qəribə hisslər yaşadım. Qədim və müqəddəs ziyarətgahımız Pir Hüseyn pirinin memarlıq, xəttatlıq kimi ornamentlərini özündə əks etdirən eksponatları gördükdə hisslərim bir-birinə qarışdı”.

Bu sözləri Globalinfo.az-a Rusiya jurnalistlər birliyinin üzvü, kliniki psixoloq Zirəddin Rzayev deyib.

O bildirib ki, Ermitaj kimi dünya şöhrətli muzeydə Azərbaycanın dini, milli və mədəni tarixini özündə əks etdirən və gözəlliyi ilə diqqətləri özünə cəlb edən tarixi bir eksponat sərgilənir:

“Digər eksponatlardan fərqli olaraq Pir Hüseyn pirinin memarlıq abidəsinə aid olan eksponatlar üçün xüsusi otaq ayırıblar. Bu eksponatlar şüşə altında xüsusi həssaslıqla qorunub saxlanılır. Buna görə eksponatların Ermitajda yüksək qiymətləndirildiyinin qənaətindəyəm.

Uzun sözün qısası, dünən Sankt-Peterburqa növbəti səfərimdə yenidən Ermitaja getdim və çətinliklə də olsa, Pir Hüseyn pirinin sərgiləndiyi xüsusi otağı tapmağı bacardım. Özümü çox xoşbəxt hiss edirəm ki, Pir Hüseyn kimi bir övliyanın məbədinə aid dəyərli eksponatların şəkillərini telefonla qeydə aldım. İndi həmin şəkillər mənim xüsusi arxivimin dəyərli incilərindəndir”.

Z.Rzayev onu da qeyd edib ki, dahi Heydər Əliyevin Azərbaycanın milli, mənəvi, dini tarixində önəmli yer tutan ziyarətgahlara qayğısı, sevgisi hamımız üçün nümunə olmalıdır:

“Bu gün Prezidentimiz İlham Əliyevin də müqəddəs məkanlara qayğı və sevgi ilə yanaşmasını qeyd etməliyik. Buna ən gözəl yüzlərlə nümunələrdən biri Gəncə İmamzadəsində Prezidentimizin sərəncamı ilə aparılan böyük təmir işlərini qeyd etmək kifayətdir. Azərbaycanımızın hər bir bölgəsində Ermitajda sərgilənəcək qədər dini-tarixi eksponatlarımız var. Onları qorumaq, gələcək nəsillərə təhvil vermək hamımızın vətəndaş borcudur”.

Leyla Əlisoy

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
42
globalinfo.az

1Источники