Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin mümkün sülh planı çərçivəsində ölkəsinin ərazi güzəştinə getməsini nəzərdə tutan hər hansı təklifin referendumda rədd ediləcəyini bildirib.
Cenevrədə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqlar zamanı ABŞ-nin “Axios” nəşrinə müsahibə verən Zelenski qeyd edib ki, Donbas bölgəsində Rusiyanın tam nəzarətə götürmədiyi ərazilərdən Ukraynanın imtina etməsini tələb edən istənilən plan referendumda xalq tərəfindən rədd olunacaq.
Prezident vurğulayıb ki, belə bir qərardan sonra nə Ukrayna xalqı onu, nə də ABŞ-ni bağışlayar. Onun sözlərinə görə, ukraynalılar əlavə torpaq güzəştinin niyə tələb olunduğunu anlamırlar və danışıqlarda Rusiyaya deyil, Kiyevə təzyiq göstərilməsini ədalətli hesab etmirlər.
Zelenski həmçinin qeyd edib ki, Tramp sülh danışıqları çərçivəsində ona ciddi təzyiq göstərir.