“Ramazan dövründə bir çox ailə üçün yaxınları ilə birlikdə vaxt keçirmək və birgə süfrə arxasında toplaşmaq xüsusi əhəmiyyət daşıyır. Biz sürətli çatdırılma təklif edirik ki, iftara hazırlıq daha asan olsun və hər kəs ailəsi, yaxınları ilə daha çox vaxt keçirə bilsin” – deyə Wolt-un Azərbaycandakı Baş Meneceri Tofiq Süleymanov qeyd edir. Xüsusi təkliflər kampaniya müddəti ərzində Wolt tətbiqində (iOS və Android) əlçatandır. Wolt haqqında
Wolt – baş ofisi Helsinkidə yerləşən texnologiya şirkətidir və yemək, ərzaq və digər məhsulları sifariş etmək istəyən insanları onların satışı və çatdırılması ilə maraqlanan tərəflərlə birləşdirir. Şirkət 2014-cü ildə təsis edilib və 2022-ci ildə DoorDash (NASDAQ: DASH) ilə birləşib. Hazırda DoorDash Azərbaycan da daxil olmaqla 40-dan çox ölkədə fəaliyyət göstərir. Hal-hazırda Wolt Azərbaycanda Bakı, Sumqayıt, Xırdalanla yanaşı Gəncə, Mingəçevir, Lənkaran, Quba, Qəbələ, Şəki, Xankəndi, Şuşa və Naxçıvanda da fəaliyyət göstərir.
Reklam hüququnda