RU

Pensiya ödənişlərinə 612 milyon manat vəsait yönəldilib

Yazını böyüt
Yazını kiçilt

Yanvar ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz (52 milyon manat) çox olmaqla 612 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Hafta.az-a verilən məlumata görə, ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb və artımdan sonra orta aylıq pensiya 593 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 632 manata çatıb.

Ötən ay 4 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 183 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Избранный
52
14
hafta.az

10Источники