RU

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulacaq

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, günün ilk qarşılaşmasında “Gəncə” ilə “Neftçi” komandaları üz-üzə gələcək. Görüş saat 16:00-da start götürəcək.

Mərhələnin son matçında isə “Abşeron Lions” “Şəki” ilə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşma saat 19:00-da başlayacaq.

Hər iki oyun Bakı İdman Sarayında keçiriləcək.

Bu görüşlərdə qalib gələn komandalar yarımfinala vəsiqə qazanacaqlar. Yarımfinalın digər oyununda isə “Sabah” “Ordu” ilə qarşılaşacaq.

İdman.Biz
Избранный
63
idman.biz

1Источники