RU

İstanbulda “Casperlar” əməliyyatı - Polislər saxlanıldı

İstanbulun Bakırköy rayon Prokurorluğu tərəfindən 9-u polis əməkdaşı olmaqla ümumilikdə 17 şübhəli barəsində saxlanılma qərarı verilib.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, aparılan araşdırmalar zamanı şübhəlilərin ictimaiyyətdə “Casperlar” kimi tanınan yeni nəsil silahlı cinayət təşkilatına məlumat sızdırdıqları müəyyən edilib.

Saxlanılma qərarı çərçivəsində İstanbul, Muğla, Bursa, Giresun, Mersin və Şırnak vilayətlərində axtarış və müsadirə tədbirlərinin həyata keçiriləcəyi bildirilib.

Gülayə Mecid 

Избранный
51
unikal.az

1Источники