RU

Kim Çen In yeni 600 mm lik RYAS ı şəxsən idarə etdi

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

KXDR-in müdafiə sənayesi işçiləri Koreya Əmək Partiyasının (KƏP) IX qurultayına 600 millimetrlik reaktiv yaylım atəşi sistemlərini (RYAS) təqdim ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə "Korean Central News Agency" (KCNA) məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, aparıcı hərbi-sənaye müəssisələrinin əməkdaşları istehsalın artırılması və yaradıcılıq təşəbbüsləri çərçivəsində “partiya qurultayına ən dəyərli əmək hədiyyəsi” kimi ordunu daha güclü edən əsas zərbə silahlarını hazırlayıblar.

Təqdimetmə mərasimi Pxenyanda yerləşən “25 Aprel” Mədəniyyət Evinin meydanında keçirilib. Tədbirdə ölkə lideri Kim Çen In, KƏP-in IX qurultayının nümayəndələri, rəhbər şəxslər, alimlər, mühəndislər və müdafiə sənayesi işçiləri iştirak ediblər.

Kim Çen Ina məruzə olunub ki, cəmi iki ay ərzində qurultaya təqdim etmək üçün əlavə olaraq 50 ədəd 600 mm-lik RYAS kompleksi istehsal edilib. Dövlət başçısı bu yüksək dəqiqliyə malik, fövqəlgüclü hücum silahının hərbi əhəmiyyətini və effektivliyini vurğulayaraq onu “dünyanın ən güclü silahı” adlandırıb.

Ali baş komandan həmçinin bəyan edib ki, “düşmənlərə qarşı qətiyyətli mövqe, ən güclü hərbi qüvvələrin artırılması və ardıcıl hücum strategiyasının həyata keçirilməsi KXDR-in təhlükəsizliyinin əsas təminatıdır”. Daha sonra Kim Çen In döyüş maşınının sükanı arxasına keçərək meydanda onu şəxsən idarə edib.

Qeyd olunur ki, Koreya Əmək Partiyasının IX qurultayının fevralın ikinci yarısında keçiriləcəyi bildirilsə də, dəqiq tarix hələ açıqlanmayıb. Xarici ekspertlərin fikrincə, qurultayda ideoloji yeniliklər, o cümlədən Cənubi Koreya ilə münasibətlər sahəsində dəyişikliklər – “dinc birləşmə” ideyasından imtina – rəsmiləşdirilə bilər. Həmçinin, ənənəvi silahlı qüvvələrin genişmiqyaslı yenidən silahlandırılmasına yönəlmiş hərbi strategiya dəyişiklikləri də istisna edilmir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
bizimyol.info

1Источники