RU

Tədqiqatçı: Əlcəzair Fransanın uzunmüddətli müstəmləkəçiliyinə məruz qalmış ölkələrdən biridir

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 19 fevral, AZƏRTAC

Əlcəzair Fransanın uzunmüddətli və son dərəcə qəddar müstəmləkəçiliyinə məruz qalmış ölkələrdən biridir. Burada zorakılıq həm də gündəlik, inzibati, simvolik və psixoloji xarakter daşıyırdı. İşgəncələr fiziki yaralar yaradırdısa, davamlı mənəvi təzyiq və ləyaqətin inkarı dərin travmalar buraxırdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Əlcəzair Universitetində politologiya sahəsində elmi tədqiqatçı, antropoloq Hişem Daud “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

O bildirib ki, ağdərili fransızlar yüksək mədəniyyət sahibi kimi təqdim edilirdi, əlcəzairli isə hüquqi və simvolik baxımdan aşağı mövqedə yerləşdirilirdi. Bu ideologiya siyasi diskursla məhdudlaşmır, həm də elmi və mədəni mexanizmlərlə dəstəklənirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
88
2
azertag.az

3Источники