ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Avropa İttifaqı özünün qurucu ideallarından imtina edərək hərbi ittifaqa çevrilib.
Gununsesi.info xəbər verir ki, bu barədə iqtisadçı və Yunanıstanın keçmiş maliyyə naziri Yanis Varufakis Britaniyanın UnHerd portalındakı podkastda bildirib.
Keçmiş nazir bildirib ki, Avropa Birliyi ilə bağlı fikirləri 2016-cı ildə Böyük Britaniyanın Brexit referendumundan sonra dəyişib.
O hesab edir ki, Aİ zamanla o vaxtkıdan daha az demokratikləşib.
“2016-cı ildə Aİ-yə üzvlüyünü könülsüz dəstəklədiyim zaman, Avropa İttifaqının güclənə, demokratikləşə və regionunda xeyirxah qüvvəyə çevrilə biləcəyinə dair kiçik də olsa, hələ də bir ümid var idi. Lakin tam əksi baş verdi. Sülh layihəsi kimi başlayan şey hərbi ittifaqa çevrildi”, – deyə o qeyd edib.
Varufakisin sözlərinə görə, Aİ-nin vahid bazarı artıq “sadəcə bir ad”dır və blokun Yaşıl Sazişi öz aktuallığını itirib. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin “təxəyyül məhsulu” olaraq qalır.
Varufakis həmçinin əlavə edib ki, Avropa liderlərinin Ukraynada sülhün bərqərar olması üçün “heç bir planı yoxdur” .
Maqsud
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.