RU

Şəmkirdə yük avtomobilindəki yanğın evə keçdi FOTOLAR

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Şəmkirdə yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Dəllər Daşbulaq kəndində baş verib. Belə ki, kənd sakininə məxsus "KamAZ" markalı yük avtomobilli qəfil yanmağa başlayıb. Alov  yük avtomobilin yaxınlığında olan fərdi yaşayış evinə keçib.

Hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində yük avtomobillinin yük yeri və evin dam örtüyünün bir qismi yanıb. Alov  söndürülüb. Yük avtomobilinin və evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə edilib.

Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

Tural Əhmədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
72
unikal.az

1Источники