RU

Antropoloq: Fransa Əlcəzairdə “üstün irq” prinsipi üzərində müstəmləkəçilik siyasəti aparırdı

“Fransa Əlcəzairdə “üstün irq” prinsipi üzərində müstəmləkəçilik siyasəti aparırdı”.

APA xəbər verir ki, bunu antropoloq, Əlcəzairin üç universitetində politologiya sahəsində elmi tədqiqatçı Hişem Daud “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfransda deyib

“Əlcəzair Şimalda müstəmləkəçiliyin ən ağır hücumlarından birinə məruz qalıb. Bu, Fransanın “ikiqat sistemli” müstəmləkəçiliyi idi. Əlcəzairli fərd nəsillərarası travma yaşayıb. İlk növbədə işgəncə və mənəvi təqib həyata keçirilirdi. İşgəncə fiziki yara yaradır, mənəvi təqib isə psixoloji zədə formalaşdırır”, - o qeyd edib.

Antropoloq bildirib ki, “üstün irq” anlayışı kolonial epigenetika ideyasının mərkəzində dayanırdı: “Fransız yazıçısı Albert Kamyu məşhur ifadəsində demişdi: “Əgər demokratiya ilə anam arasında seçim etməli olsam, anamı seçərəm”. Bu fikirdə “ana” ilə Fransanı nəzərdə tutduğu, demokratiya ilə isə əlcəzairlilərə eyni mülki və siyasi hüquqların verilməsini ifadə etdiyi iddia olunur”, - tədqiqatçı bildirib.

Избранный
80
3
apa.az

4Источники