RU

Əfsanəvi futbolçu “Qarabağ”ı sərt tənqid etdi

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əfsanəvi futbolçu “Qarabağ”ı sərt tənqid etdi

“Qarabağ”ın “Nyukasl”la matçdakı oyunu (1:6) britaniyalı ekspertlər tərəfindən sərt tənqid olunub.

QOL.az "The Shelds Gazette"yə istinadən xəbər verir ki, “TNT Sports” kanalının eksperti, İngiltərə futbolunun əfsanəsi olmuş Stiv Makmanaman Bakıdakı görüşün ilk hissəsində Ağdam klubunun zəif təsir bağışladığını bildirib.

O, oyunun fasiləsi fasilə zamanı canlı yayımda Malik Tyaunun qolunun təkrarına baxarkən bunları deyib:

“Gözəl baş zərbəsi. Fakt ondan ibarətdir ki, bu, “Nyukasl” üçün əla 45 dəqiqə oldu.

Amma mən bu komandanın (“Qarabağ”ın - red.) nə oyun oynadığını  bilmirəm. Bu, evdə “Ayntraxt”ı və ya səfərdə “Benfika”nı məğlub edən komandaya oxşamır. Onlar özünü başqası kimi qələmə verən bir qrup şəxsə bənzəyirlər. Hesab 5:0-dır və 10:0 da ola bilərdi, hətta 10:0 olmalı idi. Harvi Barns özü het-trik edə bilərdi.

Oyunu tezliklə bitirsinlər. Həftəsonu çətin oyun ərəfəsində futbolçuları dincəltsinlər, bəzi oyunçuları əvəz etsinlər. “Nyukasl” üçün bu, daha ağır məşqlərindən biri olub”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
3
qol.az

4Источники