RU

Putinin nümayəndəsi: ABŞ ilə mümkün layihələrin dəyəri 14 trilyon dollardan çoxdur

Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev, ABŞ ilə Rusiya arasında inkişaf etdirilə biləcək layihələrin ümumi dəyərinin 14 trilyon dolları aşdığını bildirib.

Eyni zamanda Rusiya Birbaşa İnvestisiya Fondunun prezidenti olan Dmitriyev, sosial media hesabında məsələ ilə bağlı paylaşım edib.

Dmitriyev, Rusiyanın sanksiyaların ləğvi müqabilində ABŞ-yə 12 trilyon dollar dəyərində razılaşma təklif etdiyi barədə iddiaları təkzib edərək, “ABŞ, Rusiyaya tətbiq edilən sanksiyaların ABŞ şirkətlərinə 300 milyard dollardan çox zərərə düşməsi səbəbindən sonda sanksiyaları ləğv edəcək”, - bildirirb.

Sanksiyaların ləğv edilməsinin ABŞ-nin maraqlarına uyğun olacağını vurğulayan Dmitriyev, “ABŞ ilə Rusiya arasındakı potensial layihələrin dəyəri 14 trilyon dollardan çoxdur” qiymətləndirməsini verib.

ABŞ ilə Rusiya arasında ötən ildən bəri Ukrayna gündəliyi ilə aparılan danışıqlar davam edərkən, Dmitriyevin də iqtisadi sahədə ABŞ-li həmkarları ilə müxtəlif təmaslar həyata keçirdiyi bildirilib.

Избранный
62
marja.az

1Источники