RU

Koloniallıq dövrümüzün əsas və çətin mövzularından biridir - Sename Kofi Aqbodjinu

Bakı.Trend:

Kolonial mövzu müəyyən mənada dövrümüzün çətin mövzularındanbiridir.

Trend xəbərverir ki, bu fikirləri antropoloq, "Qara Sivilizasiya" Muzeyininİdarə heyətinin üzvü Sename Kofi Aqbodjinu "Neokolonializm vəQlobal Bərabərsizlik” adlı beynəlxalq konfransda çıxışı zamanıdeyib.

“Biz eyni anda üç mövcudluq təhlükəsi ilə üzləşən ilk insannəsliyik. Yəni bu növün özünü davam etdirmə qabiliyyəti üçsəviyyədə və ya üç ölçüdə təhdid altındadır.

Birinci səviyyə siyasi səviyyədir. Müharibələrin geri qayıtmasıilə bağlıdır və bu müharibələrin bir çoxu kolonial müharibələr,qabaqlayıcı müharibələrdir. Texnoloji təhlükə də mövcuddur. Bu günrəqəmsal texnologiyaların yaratdığı bütün proseslər potensialolaraq növümüzün hökmranlığına və ya davamlılığına son qoya bilər.Digər tərəfdən, elmi cəhətdən kifayət qədər sənədləşdirilmişekoloji təhlükə var. Bu təhlükə planetin resurslarınıtükətməyimizdən və onu elə bir böhran vəziyyətinə salmağımızdanqaynaqlanır ki, artıq planet özünü bərpa edə bilmir”, - deyəAqbodjinu bildirib.

Antropoloq qeyd edib ki, insanlar bu planetdə yaşamağa davam edəbilməsi üçün özünü lazım olan səviyyədə bərpa edə bilmir:

“Bu cür dövrlər “canavarların” meydana çıxması üçünəlverişlidir. Görünür, biz də çoxlu “canavarların” ortaya çıxdığıbir mərhələdəyik. Mənə elə gəlir ki, onların hamısı kolonialməsələni paylaşır. İstər ekoloji təhlükə olsun, istər rəqəmsaltexnologiyalarla bağlı təhlükə, istərsə də beynəlxalq hüququn talanedilməsi fonunda ortaya çıxan və artıq çəkinməyən siyasi təhlükəolsun, bunların hamısı müəyyən mənada kolonial təhlükələrdir. Bubaxımdan koloniallıq dövrümüzün əsas və çətin mövzularındanbiridir”.

Избранный
73
1
az.trend.az

2Источники