RU

Rusiyada neft bazası yanır - VİDEO

Rusiyanın Pskov vilayətində yerləşən Velikiye Luki neft bazasında Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra neft məhsulları saxlanılan çənlərdən biri alovlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Pskov vilayətinin qubernatoru Mixail Vedernikov məlumat verib. Onun sözlərinə görə, hücum yalnız bir rezervuara təsir edib, xəsarət alan yoxdur.

Hadisə yerində fövqəladə xidmət orqanları çalışır, yanğının söndürülməsi davam edir.

Hazırda hücumun miqyası və dəymiş ziyanın həcmi ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Bizim.Media

Избранный
48
1
bizim.media

5Источники