RU

Şoyqudan Ermənistana xəbərdarlıq: Bir gecədə çökə bilər!

Ermənistan hakimiyyətinin respublikanın dəmir yollarının idarə olunmasında Rusiyanı əvəz etmək istəyi düşünülməmiş qərardır.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

O bildirib ki, belə bir addımdan sonra mövcud sistem bir gecədə sıradan çıxa bilər.

"Digər ölkələrin dəmir yollarının idarə olunmasındakı səriştəsini qiymətləndirməyəcəyəm, amma əminliklə deyə bilərəm ki, başqa bir şirkətin Ermənistanda uzun müddətdir ki, ən çətin şərtlərdə effektiv şəkildə fəaliyyət göstərən Rusiya dəmir yolu daşıyıcısını tam əvəz edə bilməsi ehtimalı azdır.

Bu yaxınlarda Ermənistanın ABŞ ilə nüvə əməkdaşlığı planları ilə bağlı vəziyyəti şərh etdim. Beləliklə, diplomatik dillə desək, düşünülməmiş qərarlar sıravi Ermənistan vətəndaşlarına baha başa gələcək təhlükəli təcrübələrə səbəb ola bilərmi?

Təxminən iyirmi il ərzində qurulmuş bir sistem sadəcə bir gecədə çökə bilər. Təbii ki, heç bir "dost ölkə" buna görə məsuliyyət daşımayacaq. Ümid edirəm ki, vacib qərarlar qəbul edərkən Ermənistan rəhbərliyi yalnız vətəndaşlarının maraqlarından çıxış edəcək"./axar.az/

Избранный
20
2
turkustan.az

10Источники