Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verib.
Sabahinfo.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd edilib ki, sərnişinlər düşürülərək qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.
Dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb. Bu səbəbdən "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb.