RU

4 ölkə üçün Azərbaycana viza tələbi ləğv edildi

Bakı. Trend:

Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması və ölkələrarasında əlaqələrin gücləndirilməsi məqsədilə Səudiyyə ƏrəbistanıKrallığının, Oman Sultanlığının, Küveyt Dövlətinin və BəhreynKrallığının ümumvətəndaş pasportlarına malik olan vətəndaşlarının2026-cı ilin 15 fevral tarixindən 2027-ci ilin 15 fevraltarixinədək Azərbaycan Respublikasının ərazisinə daxil olması üçünviza tələbi ləğv edilib.

Bu barədə Trend-ə Dövlət Miqrasiya Xidmətindən məlumatverilib.

Bildirilib ki, yeni qaydaların qüvvədə olduğu dövr ərzindəmüvafiq ölkə vətəndaşları Azərbaycan Respublikasına üç dəfə vizasızgələ və hər girişdə 30 günədək qala bilərlər. Ölkə ərazisinəturizmdən fərqli məqsədlər ilə gəlmək və ya burada uzunmüddətqalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları qanunvericiliyintələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonraAzərbaycana gələ bilərlər.

Həmçinin Səudiyyə Ərəbistanı Krallığının, Oman Sultanlığının,Küveyt Dövlətinin, Bəhreyn Krallığının və Qətər Dövlətininaidiyyəti dövlət qurumları tərəfindən rəsmiləşdirilmiş etibarlıqmüddəti ən azı 6 ay olan müvəqqəti və ya daimi yaşayış icazələrinəmalik üçüncü ölkə vətəndaşları üçün müvafiq müddət çərçivəsində birgirişli 30 günlük turizm məqsədli vizanın AzərbaycanRespublikasının beynəlxalq hava limanlarında əldə edilməsi imkanıyaradılıb.

Xatırladaq ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqətiolan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydadaolduğu yer üzrə qeydiyyata alınması zəruridir. Həmçininqanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdəəcnəbilər ölkə ərazisində müvəqqəti olma müddətləri bitənədək bumüddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsiüçün “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiyaxidmətləri” işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətinrəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsinə keçidetməklə elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciətetməlidir.

Избранный
58
44
az.trend.az

10Источники