RU

Bakı metrosunda qatarda texniki nasazlıq olub, "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb

Bakı, 19 fevral, AZƏRTAC

Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verdiyindən sərnişinlər düşürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Metropolitenindən məlumat verilib.

Bildirilib ki, qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib. Dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb. Bu səbəbdən "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb.

Bakı Metropoliteni yaranan narahatlığa görə, sərnişinlərdən üzr istəyir. Tezliklə əlavə məlumat veriləcək.

Избранный
51
16
azertag.az

10Источники