RU

Zelenski ABŞ prezidenti Donald Trampa etibar edib-etməməyindən danışdı...

ABŞ prezidenti Donald Trampla Rusiya diktatoru Vladimir Putin arasındakı münasibətlərin mahiyyətini qiymətləndirmək çətindir, amma bəzən bu, "çox, çox ağrılı" ola bilər. Trampın Putinə qarşı çox yumşaq olması ağrılıdır. 
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bu fikirləri Pirs Morgana verdiyi müsahibədə səsləndirib.
 
"Bu, etibar məsələsi deyil. Cənab Trampın onunla [Putinlə, - red.] elə əlaqələri var ki, mən onları qiymətləndirə və ya başa düşə bilmirəm... Amma onların hansısa münasibəti var. Və buna görə də onun Putinə qarşı münasibətinin bəzən Putinin layiq olduğundan çox yumşaq olması mənim üçün çox ağrılıdır", -deyə  Zelenski vurğulayıb.
 
O, Trampa ən vacib şeylərdə - müharibəni bitirmək niyyətində olduğu zaman və həmçinin ukraynalı uşaqlar və ya Ukraynadakı insan itkiləri haqqında danışanda etibar etdiyini aydınlaşdırıb.
 
"Qeyd etdiyiniz birinci, çox vacib məsələdə ona etibar edirəm: o, həqiqətən də bu müharibəyə son qoymaq istəyir. İkincisi, uşaqlardan, Ukraynadakı itkilərimizdən danışanda. İnanıram ki, bu, onun üçün çox ağrılıdır", - deyə Zelenski qeyd edib.
 
Ukrayna prezidenti həmçinin Trampın Rusiya-Ukrayna müharibəsinə həqiqətən son qoya biləcəyinə inamını vurğulayıb.
 
Xatırladılır ki, 18 fevralda Vladimir Zelenski Ukraynanın müharibədə Rusiyaya kömək etdiyinə görə Lukaşenkoya qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.
 
Bundan əvvəl Zelenski həmçinin Cenevrə danışıqlarında tərəflərin atəşkəsə nəzarət etmək barədə demək olar ki, razılığa gəldiyini bildirib.
Избранный
42
1
moderator.az

2Источники